Millimizə uduzan kiprli məşqçi hakimlərin üzərinə yeridi

9 Sentyabr 2020 11:34 Milli komanda 721
Millimizə uduzan kiprli məşqçi hakimlərin üzərinə yeridi

UEFA Millətlər Liqasının II turunda Azərbaycan yığmasına uduzan Kiprin məşqçisi Mixalis Konstantinu hakimlərə kəskin etiraz edib.

Sportinfo.az xəbər verir ki, Yohan Valemin köməşçisi olan 42 yaşlı mütəxəssis qarşılaşma başa çatdıqdan sonra slovakiyalı Filip Qlovanın rəhbərlik etdiyi briqadaya tərəf gedib və narazı olduğunu bildirib.

Onun iradının konkret hansı epizodla bağlı olduğu bəlli deyil.

Nikosiyada GSP stadionundakı matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb, görüşdə yeganə qolu 29-cu dəqiqədə Maksim Medvedev vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!