Hələ də çatmır mənə onun millidəki mövcudluğu

9 Sentyabr 2020 10:24 Milli komanda 1 486
Hələ də çatmır mənə onun millidəki mövcudluğu

İlk oyun hara, bu hara?! Meydanda daha istəkli, döyüşkən, nə etmək istədiyini bilən bir komanda var idi.

Rəhim Sadıqov yaxşı təsir bağışladı. Texnikası və meydanı görməyi yaxşıdır.

Təmkin ilk hissədə çox istəkliydi, hərçənd ikinci hissədə yorğunluğu hiss olunurdu və dəyişdirildi, amma pis oynamadı.

Deyəsən, həyat yoldaşının doğum günü idi və qol vuracağı təqdirdə onu meydanda təbrik etmək istəyirdi. Çünki dəyişiklik zamanı formasını azca qaldırdı və "Happy Birthday My Love" sözləri diqqətimi çəkdi. Heyf, təbrik baş tutmadı.

Ramil Şeydayev ilk hissədə hərəkətli olsa da, ikinci hissədə yatdı.

Araz Abdullayev ümumiyyətlə niyə var bu komandada? Hələ də çatmır mənə onun millidəki mövcudluğu.

Yekun olaraq, çətin səfərdə əldə olunan 3 xal əla nəticədir. Maksimin qol vurması isə ikiqat yaxşı oldu.

Uğurlar, uşaqlar. Siz nə vaxt belə oynadınız, biz pis yazdıq ki?

Zaur Xudiyev

Digər Xəbərlər
Xəbər Lenti