"Xoşuma gəlməmişdi"

9 Sentyabr 2020 01:20 Milli komanda 1 457
"Xoşuma gəlməmişdi"

"Ən vacib məsələ odur ki, bu gün meydanda sonadək 11 futbolçu ilə qaldıq.

Eyni zamanda, ötən matçla müqayisədə bir neçə dəyişiklik etdik.

Həmin qarşılaşmada bəzi məqamlar xoşuma gəlməmişdi. Baxmayaraq ki, bu, Azərbaycan millisində ilk matçım idi. Heç yoldaşlıq görüşlərində belə, oynamaq imkanımız olmamışdı"

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının II turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu gün komandanın heyətində iki yeni nəfəs var idi: "Bu gün meydanda sonadək mübarizə apardıq. Düşünürəm ki, komandam yaxşı oyun göstərdi.

Gələcəkdə bunu daha da inkişaf etdirə bilərik. Abbas Hüseynov və Rəhim Sadıxovun çıxışı çox xoşuma gəldi. Belə futbolçularımız çoxdur, onları yavaş-yavaş heyətə qatacağıq. Mənim üçün daha bir vacib məsələ oyunçularımın komandaya kömək etmək üçün istəkli olmalarıdır".

64 yaşlı baş məşqçinin sözlərinə görə, tribunada olan millinin digər oyunçuları komandaya çox dəstək olub: "Onların da səsləri eşidilirdi. Komanda yalnız meydana çıxan 11 nəfərdən ibarət deyil. Bu gün bütün 25 futbolçumuzun səsini eşitdik. Bu da vacib məqamdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!