De Byazi aldanıb? – GİZLİ MƏSLƏHƏTLƏR VƏ ETİRAFLAR

8 Sentyabr 2020 18:06 Milli komanda 1 590
De Byazi aldanıb? – GİZLİ MƏSLƏHƏTLƏR VƏ ETİRAFLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin bu gün Kiprlə keçirəcəyi matçın (oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq) sifariş vərəqi açıqlanıb.

Canni de Byazi Millətlər Liqasının II turunun səfər oyunu üçün heyətdə dəyişikliklər edib.

İtaliyalı mütəxəssis Lüksemburqla görüşdə (1:2) “23-lük”dən kənarda qalan iki futbolçunu siyahıya salıb. Bunlar Şəhriyar Əliyev və Elvin Bədəlovdur.

Qırmızı vərəqə üzündən cəzalı duruma düşən və Kiprə aparılmayan Mahir Emreli isə heyətdən kənar düşüb. Yenilərdən Şəhriyar 3, Elvin 14 nömrəli formanı götürüb.

Bu da Lüksemburqla matçda 14 nömrəli formada çıxış edən və rəqibə penalti qazandıran Adil Nağıyevin “23-lük”dən kənarda qalmasına səbəb olub. Ömər Buludov isə yenə sifariş olunmayıb.

Baş məşqçinin Adilin üstündən xətt çəkməsi gözlənilməz olmadı. Axı adıçəkilən müdafiəçi ilk oyunun ikinci hissəsində meydana daxil olandan ah sonra 72-ci dəqiqədə topun istiqamətinə volebolçusayaq blok qoyaraq, Gerson Rodrigesun penalti vurmasına, bununlda da, komandamızın 1:2 hesablı məğlubiyyətinə səbəbkardır.

De Byazi uğursuz əvəzetməsinin günahını özündə görməyib. O. komanda üzvləri ilə söhbətində Nağıyevi bir futbolçu olaraq hələ yaxşı tanımadığını, AFFA rəsmilərinin və onlara yaxın olan şəxslərin məsləhəti ilə milliyə çağırdığını bildirib.

Apenninli çalışdırıcı yığmaya dəvət etdiyi bəzi futbolçuların da onu yanıltdığını söyləyib, amma ad çəkməyib. De Byazi növbəti toplanışadək seçim məsələsində daha diqqətli olacağını deyib.

Digər Xəbərlər
Xəbər Lenti