O, Rəşad Sadıqovdan sonra boşalan liderlik vəzifəsində otura bilməz

8 Sentyabr 2020 19:02 Milli komanda 1 184
O, Rəşad Sadıqovdan sonra boşalan liderlik vəzifəsində otura bilməz

Hə, təbii ki, oyunçular.

Bu yarımfabrikatların futbolçu olmadığını sübut etmək üçün nə Foqtsa, nə Prosineçkiyə, nə Qurbanova, nə Yurçeviçə, nə də De Byaziyə ehtiyac var idi.

Bunlarla ən yaxşı hər tsikldə bir rəqibi büdrədib bədbəxt eləmək mümkündür, onun da ki "şükürlər olsun", layiqincə öhdəsindən gələ bilirik, vəssalam! Bu qədər.

Bura hansı məşqçi gəlir-gəlsin, maksimum 40 nəfərlik futbolçu "hovuz"una qarmaq atıb, balıq tutmağa çalışacaq. Yoxdur başqası. Əsas da sual odur ki, niyə yoxdu?

Niyə ölkədə futbol elitası yalnız "narıncı klaster"dədir? Niyə uşaq futbolçu əyninə tuman tapa bilmir?

Niyə milli komanda legioner sərgisinə çevrilib? Niyə bir klubdan başqa hamı Avropada qapazaltıdır? Niyə 15 ildir heç nə və heç kim dəyişmir, staqnasiya hökm sürür?

Niyə? Çünki belə zordur.

Və Maksim Medvedev haqda. Futbolçuluğuna sözüm yoxdu. Uzun illərdir Azərbaycanın ən yaxşı müdafiəçiləri sırasındadır, avrokuboklarda böyük matçlar və qələbələrin iştirakçısı, bəzi vacib qolların da müəllifi olub.

Buna görə vaxtında hər cür tərifi haqq edib. Amma bu adamdan kollektivə lider olmayacağını özü daxil, hər kəs bilir.

Hələ "Sileks" matçından sonra yazmışdım ki, Maks kapitan sarğısı daşıya bilər, amma Rəşad Sadıqovdan sonra boşalan liderlik vəzifəsində otura bilməz.

Hətta Bədavi Hüseynov belə, bu baxımdan ondan bir addım öndədir. Odur ki, "ehehe" söhbəti məni heç təəccübləndirmədi. Səhv bizdədir ki, ondan nəsə gözləyir(d)ik.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi