Mənim qızıma Azərbaycan vətəndaşlığı vermirlər, amma…

8 Sentyabr 2020 13:12 Milli komanda 1 070
Mənim qızıma Azərbaycan vətəndaşlığı vermirlər, amma…

Futbolumuzun tənəzzülü bu gün yox, neçə-neçə illər öncə başlayıb.

Ən böyük səhv "Bakı"nın akademiyasından başlandı.

Bir vaxtlar yığmamızın onur xəttini tək daşıyan bu akademiya hal-hazırda mövcud deyil. Bu azmış kimi, onların meydançalarını da ləğv edib, "novostroyka" tikirlər.

İkinci addım mənşəyi bilinməyən legionerlərin azyaşlı millilərə dəvət olunması oldu.

Oyun cəhətdən bizimkilərdən güclü fərqlənməyən "oyunçular" potensial Azərbaycan ulduzunun yerini tutdu. Bu işdə ən böyük "Cek-Pot" isə onlar Ermənistan çempionatına keçəndən sonra qazanıldı.

Əgər U-17 yığmasına legioner milliləşdirilirsə, bu, onu deyir ki, ölkədə rəsmən işləyən akademiya yoxdur. Bu, rəsmən U-17 Liqasında oynayan komanda və məşqçilərə təhqirdir.

Siz bundan sonra oyunçu tapmaq istəyirsiz? Yerli oyunçu bacarıqlı olsa da, futbolda şans görmür. O təhsil alıb, ölkədən qaçmağı düşünür. Bunları biləndən sonra onları qınamaq olar?

Ay xalqım, adi məşqçi və ya kapitan dəyişməklə bu iş yaxşılığa doğru düzəlməyəcək. Bu məsələdə işə baxışı dəyişmək lazımdır. İlk olaraq, dövlət oyunçu milliləşdirilməsini ləğv etməlidi. Çünki milliləşdirilmiş oyunçular bizim pullarımızı yeyə-yeyə ölkəmizin imicinə xələl gətirirlər.

İşə baxış bu cür davam edərsə, heç bir yığmadan nəticə gözləməyin. Oyunçuları da qınamayın, çünki günah onlarda deyil.

Hə, yeri gəlmişkən, ASAN Xidmətin nəzdində olan Miqrasiya Xidməti mənim qızıma Azərbaycan vətəndaşlığını verməmişdi. Amma burada hansısa dağıstanlı ölkənin dilini və mədəniyyətini bilməyə-bilməyə pasportu 2 dəqiqə içində alır.

Heç ikili vətəndaşlıq da bir problemə çevrilmir. Sizin ədalətinizə nə deməyim....

Abbas Zahidi

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı