Niyə 0:5 uduzublar? Allah şeytana lənət eləsin!

8 Sentyabr 2020 12:16 Milli komanda 1 199
Niyə 0:5 uduzublar? Allah şeytana lənət eləsin!

U 21 əsas millidən yaxşı oynayır.

Səfərdə niyə 0:5 uduzublar?

Allah şeytana lənət eləsin!

Bu məğlubiyyətə görə komandanı tənqid etməmək də olar.

Bu Fransa, məncə, əsas millimizi mərkəzi keçməyə qoymayan və qapımıza 19 zərbə vuran Lüksemburqu darmadağın edər.

Həmin oyundan sonra dediyim kimi Emil Balayev, Bəhlul Mustafazadə, Amin Seydiyev, Ömər Buludov, İsmayıl İbrahimli, Mahir Emreli, Renat Dadaşov, Ramil Şeydayevi saxlayıb və U 21-dəki türkiyəli legionerləri evlərinə göndərib, qalan futbolçularla normal əsas milli komanda düzəltmək olar.

Sabah bu gənclərdən biri parlasa onu babat qiymətə xarici klublara satıb, 10 geydirmə legionerdən qat-qat çox yeyinti etmək olar. Həm milli komandamız, gənc futbolçularımız inkişaf edər, həm də lazımi adamlar daha çox pul qazanar.

Ürəyimə damıb ki, Kiprlə də yaxşı oynayacağıq və bəlkə də xal(lar) da qazana bildik. Amma hazırda heyətdə olan bütün nisbətən gənc futbolçular bu gün meydana çıxsa uduzsaq belə çox tənqid olmayacaq.

Ən azından hamı görəcək ki, gələcəyə yönəlmiş hansısa addım atırlar, əsas heyəti gəncləşdirirlər.

Anar Şabanoğlu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!