"Çox məyus və əsəbiyik”

8 Sentyabr 2020 11:34 Milli komanda 1 038
"Çox məyus və əsəbiyik”

“İlk oyunda evdə Lüksemburqa məğlub olduq, buna görə çox məyus və əsəbiyik“.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək Kiprlə səfər oyunu haqda danşııb.

İtalyan mütəxəssis bildirib ki, bu görüşdə situasiyanı dəyişməyə çalışacaq: “Onlar da ilk oyunda məğlub olub. Kiprlə oyun bizim üçün yeni mübarizə olacaq.

Futbolçularım hər şeyi anlayır. Çox çətin oyun olacaq. Havanın isti olması işimizi çətinləşdirə bilər. Yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

İlk oyunda pozitiv məqamlar gördük. Məğlubiyyətdən sonra qələbə qazanmaq istəyi, əzmi daha da artır. Bu mənada komandanı psoxoloji baxımdan oyuna kökləmək elə də çətin deyil. Uşaqlar da azarkeşləri sevindirmək üçün çalışacaqlar. Heyətimizdə gənc və yaxşı oyunçularımız var. Komandanın tam

formalaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Ümid edirəm, sabah oyunu azlıqda qalmadan başa vuracağıq.

Bizim iki kapitanımız var. Biri meydanda olur, digəri isə mənim yanımda. Mətbuatda gedən yazılardan məlumatım var. Maksimin oyundan sonra verdiyi reportaj əsnasında səsləndirdiyi fikirlər sırf reportajın necə keçməsi ilə əlaqəli idi. Komandamıza sakit atmosfer lazımdır.

İlk oyunda qırmızı vərəqə aldıqdan sonra taktiki dəyişiklik etdik. Niyyətimiz daha çox hücum futbolu oynamaq idi. İki hücumçu ilə mübarizə aparırdıq.

Müdafiə meyilli heyət buraxmağım fikri ilə razı deyiləm. Bizim oyunumuz rəqibimiz gücündən asılıdır. Oyun ərzində azlıqda qalmasaydıq və penalti olmasaydı, rəqib bizə çətin qol vurardı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti