Dünyanın gələcək ulduzları Azərbaycan şəhərində – VİDEO+FOTOLAR

8 Sentyabr 2020 09:14 Milli komanda 1 106
Dünyanın gələcək ulduzları Azərbaycan şəhərində – VİDEO+FOTOLAR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda Fransa yığmasını qəbul edib.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıb.

Avropa çempionatının seçmə mərhələsi, II qrup

Azərbaycan - Fransa 1:2

Qollar: Toral Bayramov, 90 - Odson Eduar, 25 (pen.), Amin Qouri, 84

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)

Sumqayıt. “Kapital Bank Arena”.

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 4. Mert Çelik, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Rüfət Abdullazadə, 11. Elvin Cəfərquliyev, 15. Səbuhi Abdullazadə, 19. Rauf Hüseynli, 21. Əmrə Kaplan, 23. Ozan Can Kökçü;

Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 5. Nihad Tamazov, 9. Məhəmməd Mustafa Yıldırım, 10. Rövlan Muradov, 14. Rüfət Əhmədov, 16. Süleyman Əhmədov, 17. Tural Bayramov, 18. Turan Vəlizadə, 20. İdris İnqilablı;

Baş məşqçi: Milan Obradoviç.

Fransa: 1. Alban Lafont, 5. Benua Badiaşile, 6. İbrahim Diallo, 9. Mussa Diabi, 10. Matteo Gündüzi (k), 12. Jül Kunde,13. Kolin Daqba, 19. Amin Quiri, 20. Bubakare Sumare, 21. Krist-Emanuel Faytout Maoussa, 22. Odson Eduar;

Ehtiyat oyunçular: 23. İllan Meslier, 2. Melvin Bard, 3. Obite Evan Ndiçka, 4. Bubakar Kamara, 7. Arno Nordin, 8. Maksen Kaquere, 11. Brayan Mbeumo, 15. Dina Ebimbe, 18. Bafode Diakite;

Baş məşqçi: Silven Ripoll.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti