21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv Fransa seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçda hesab ilk hissədə açılıb. 25-ci dəqiqədə Odson Eduar penaltidən fərqlənib. Birinci yarı qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.
Fransızlar ikinci hissədə daha bir qol vurublar. 83-cü dəqiqədə Amin Quiri komandasının üstünlüyünü 2 topa çatdırıb. Yığma 90-cı dəqiqədə Toral Bayramovla fərqi minimuma endirib - 1:2.
O, cərimə zərbəsindən möhtəşəm qol vurub. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

