Millimizin baş məşqçisi: "Bu gedişat ürəyimcə deyil"

7 Sentyabr 2020 23:35 Milli komanda 1 143
Millimizin baş məşqçisi: "Bu gedişat ürəyimcə deyil"

"Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçularla çox yaxşı oyun göstərdi.

Amma bu oyun üzərində işləməli olduğumuz çox məqamı göstərdi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Milan Obradoviç Sumqayıtda Fransaya 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, müəyyən səbəblərdən matça 7-8 oyunçu çağıra bilməyib. O, bəzi futbolçuların isə əsas komandaya getdiklərini xatırladıb:

"Lakin bu, futboldur. Əlimizdəkilərdən maksimum yararlanmağa və ən yaxşı oyunumuzu sərgiləməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular müəyyən məsələlərdən narahat idilər.

İlk yarıda topu tez-tez itirir, onu saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Risk edərək, iki hücumçu ilə oynadıq. Amma yenə də xal qazanmağa gücümüz çatmadı. Bütün oyunçulatıma minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olduğumuz işlər çoxdur".

O, ikinci hissədə daha yaxşı oyun göstərmələrinin səbəbini açıqlayıb: "Komandamız bir ildir birgə oynamırdılar. Onlar bir çox məsələdən narahat idilər.

Rəqibi də nəzərə almalıyıq. Xüsusən, ilk yarının gedişatı planlarımıza daxil deyildi. Bir qədər də əlavə edim: Bu gedişat ürəyimcə deyil. Həm İsveçrəyə, həm də Fransaya qarşı yaxşı oynamağımıza baxmayaraq, xal ala bilmədik.

Biz daha çox ümumi nəzarəti öyrənməliyik. Fransa 3-4 dəqiqə topu künc bayrağı tərəfdə "öldürdü". Bu, beynəlxalq oyun təcrübəsi olmamasının da əlamətidir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti