"Sabaha qədər bacardığımız qədər məlumat toplamağa çalışacağıq" - Millimiz haqda

7 Sentyabr 2020 18:48 Milli komanda 1 280
"Sabaha qədər bacardığımız qədər məlumat toplamağa çalışacağıq" - Millimiz haqda

"Müsbətin mənfi cəhətdən çox olduğu oyunu geridə qoyduq.

Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Kipr yığmasının futbolçusu Konstantinos Laifis Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.

27 yaşlı müdafiəçi bildirib ki, gənc oyunçular öz komandalarından yığmaya hazır vəziyyətdə gəlməlidir. Belçikalı baş məşqçi onların öz klublarında müntəzəm oynamalı olduğunu diqqətə çatdırıb.

Laifis Azərbaycanın yaxşı rəqib olduğunu söyləyib: "Rəqibimiz haqqında bacardığımız qədər məlumatı sabaha qədər toplamağa çalışacağıq. Əminəm ki, gənc oyunçular güclü bir komanda quracaqlar".

Sntyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti