"Arsenal"ın futbolçusu Sumqayıtda kapitanlıq edəcək - FOTO

7 Sentyabr 2020 18:20 Milli komanda 1 377
"Arsenal"ın futbolçusu Sumqayıtda kapitanlıq edəcək - FOTO

21 yaşadək futbolçulardan ibarət Fransa millisinin Azərbaycana qarşı keçirəcəyi matçda kapitanı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Lion"un yarımmüdafiəçisi Jeff Ren-Adelaidi zədə səbəbindən matçın iştirakçısı olmayacaq.

Kapitan səfərdə Gürcüstana qalib gəldikləri oyunda (2:0) zədələnib. Onun yoxluğunda komandanın kapitanı London "Arsenal"ında çıxış edən Matteo Gündüzi olacaq

Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti