Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Sportinfo.az xəbər verir ki, 2-ci qrupda baş tutacaq Azərbaycan – Fransa matçının əmsalları açıqlanıb.
Bukmeker kontorları millimizi şanssız sayırlar. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq matçda yığmamızın qələbəsi 19,00, məğlubiyyəti 1,11 əmsaldır. Saat 21:00-da başlayacaq matçda heç-heçəyə 8,50 əmsal verilib.

