Axırıncı dəfə milli komanda üçün belə utanc hissi keçirdiyim yadıma gəlmir.
Rəzalətdi, rəzalət! Dəhşətdi... Söz tapmıram yazmağa.
Bir nəfər mənə Ələskərov-Nağıyev əvəzetməsini başa sala, izah edə, buna cəhd belə edə bilərmi. Bərabərlik davam edə-edə meydandakı hücumameylli iki oyunçudan birini çıxarıb yerinə 6-cı, ALTINCI e, ALTINCI müdafiəçini buraxan adamın futbol biliyinə şübhə edirəm! Ölüb bu adam, meyiddi, cəsəddi, ruhsuz bir bədəndi...
Yadıma düşdükcə ələrim əsir... Krivotsyuk, Bədavi, Təmkin son dəqiqələrdə bizim qol ümidimiz idi. QOL ÜMİDİMİZ, QOL! Bədavi hücum quracaqdı, Anton da qapıdan qol keçirəcəkdi. Ay blyat... Tüstü çıxır e, təpəmdən...
Oyundan öncə fikirləşdim ki, yəqin bu kişinin bildiyi bir şey var, düz danışır, ağıllı cümlələr işlədir, sağlam düşüncəlidi. Hə...
Vallah, kimsə Mahirin qırmızısını önə çəkməsin. Onun bu fokuslarına çoxdan öyrəncəliyik. Məhz bu qırmızı Mister De Byazinin əsl fəlsəfəsini, hətta olan-qalan bacarığını ortaya qoydu.
Mənə Lüksemburqla ev oyununda bir xalı qoruyan məşqçi özünü nəticə məşqçisi kimi sübut edə bilməz. Nəticə qazanan qazanır, sonra nəsə danışmaq hüququ əldə edir. Heç nə daha...
Millini bu tarixi rəzalətə illərdi gətirən, onun döyüşkənlik ruhunu bilərəkdən dağıdaraq, intriqalar, pərdəarxası oyunlarla gücdən salan hər kəsin şərəf və ləyaqətini! Olmayan şərəf və ləyaqətini!
Bir gün tutacaq ahımız sizi, mütləq tutacaq!
Heç vaxt millinin uduzmasını istəməmişəm, istəməyəcəm də. Başında lap kim olursa-olsun. Çünki bu millidi. O ki qaldı məşqçiyə, bu adam gələn kimi özünü lap ağıllı göstərib, fokus göstərmək istədi, amma alınmadı
Elə bilirsiz Qurban Qurbanovun adını çəkməyəcəm? Təsəvvür edirəm, bu rəzalət məhz onun başçılıq etdiyi yığmada baş versəydi, nə olacaqdı...
Gecəylə adamı İŞİD-ə "yazdırar", xalq düşməni elan edər, koronavirus pandemiyasının yaradılışında günahlandırar, torpaqlarımızın işğalında səbəbkar görər və başqa bu kimi fəlakətlərə əlaqələndirərdilər. Əmin olun ki, məhz elə də olardı.
Böyüksən, Qurban Qurbanov!
Kənan Məstəliyev

