Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Milan Obradoviçin baş məşqçisi olduğu yığmamız Avropa çempionatının seçmə matçına çıxacaq.
İkinci qrupda yer alan komandamız Fransa ilə görüşəcək. Bu, 2020-ci ildə ilk oyunumuz olacaq. Koronavirus pandemiyası səbəbindən yığmamız uzun müddət heç bir görüşə çıxmayıb.
Heyətində Avropanın aparıcı klublarının üzvləri olan “üçrənglilər” sentyabrın 4-də Gürcüstanda qələbə qazanıb – 2:0.
Fransalılar qrup qalibi olmaq uğrunda İsveçrə ilə mübarizə aparır. Bu səbəbdən də qonaqlar Sumqayıtdakı matça qələbə iddiası ilə gəlib.
Aktivində 2 qələbə olan Obradioviçin yetirmələri isə 3-cü yer uğrunda mübarizə aparmaq üçün iddialı rəqibini də büdrətməlidir. İsveçrə və Fransa istisna olmaqla, digər komandalar turnir cədvəlində sıx qərarlaşıb.
Bu, millimizin həm 3-cü, həm də sonuncu olmasının mümkünlüyünə şərait yaradır. Ona görə də yığma üçün hər xal önəmlidir.
Beləliklə, U-21 6 aylıq fasilədən sonra ilk oyununu Sumqayıtdakı "Kapital Bank Arena"da Fransaya qarşı keçirəcək.
Bu rəqiblə qrupdakı ilk oyunda yığma 0:5 hesabı ilə uduzmuşdu. Ancaq belə görünür ki, Obradoviç buna inanmır.
Serbiyalı mütəxəssis mətbuata bir söz deyir, arxada bir söz. Məsələn, AFFA-ya yaxınlığı ilə mətbu orqanlara son açıqlamalarının birində fransızlara bacardıqları qədər qol vurmağa çalışacaqlaarını bildirib:
“Fransa ilə oyun bizim üçün spesifik olacaq. Çünki onadək futbolçularımız cəmi 1 və ya 2 oyun keçirəcəklər. Rəqibin heyətində isə təqribən 10-a yaxın futbolçu müxtəlif komandaların tərkibində Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərində çıxış edir.
Bizim üçün olduqca faydalı və maraqlı oyun olacaq. Revanş barədə düşünmürük. Öz oyunumuzu oynamağa, yeni nələrsə öyrənməyə, bacardığımız qədər qol vurmağa çalışacağıq. Çünki evdə oynayacağıq. Mübarizədən, hücum etməkdən çəkinməyəcəyik. Düşünürəm ki, bu, inkişafın yeganə yoludur“.
Balkanlı çalışdırıcı oyun ərəfəsində AFFA-nı bir-birinə qatıb. Onu hiddətləndirən həmkarı Canni De Byazinin U-21-in bir neçə aparıcı futbolçusunu əsas milliyə aparmasıdır.
Burada söhbət konkret olaraq Ömər Buludov, Amin Seydiyev, İsmayıl İbrahimli, Renat Dadaşov və Ozan Can Kökcüdən gedir.
Obradoviç onların yoxluğu ilə barışmadığından, federasiyaya şikayətlənib və “yenə böyük hesabla uduzmayacağımıza zəmanət vermirəm“ deyib.
AFFA-dan isə ona “Bizə gənclərin oynaması lazımdır, nəticə yox. De Byazi heyəti cavanlaşdırdığı kimi, sən də bu addımı at“ cavabı verilib.
SPORTİNFO.AZ
|
1 |
İsveçrə |
5 |
5 |
0 |
0 |
15-3 |
15 |
|
2 |
Fransa |
5 |
4 |
0 |
1 |
16-8 |
12 |
|
3 |
Gürcüstan |
6 |
2 |
0 |
4 |
12-10 |
6 |
|
4 |
Slovakiya |
5 |
2 |
0 |
3 |
12-15 |
6 |
|
5 |
Azərbaycan |
6 |
2 |
0 |
4 |
3-11 |
6 |
|
6 |
Lixtenşteyn |
5 |
1 |
0 |
4 |
3-14 |
3 |

