Xalqın puluyla stadion tikməklə, neftin hesabına UEFA-nın keçirdiyi yarışlara sponsorluq edib Bakıda Avropa Liqasının final oyununu təşkil etməklə deyil.
Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov və Rauf Əliyev 2004-cü ildən bəri yedikləri pulların hesabını verməlidir. Milyardlarla pullar hara, nəyə xərclənib?
Azərbaycan milli komandası beynəlxalq yarışlarda oyuna çıxanda Azərbaycanda Lüksemburq adlı ölkəni tanıyan yox idi. İndi gəlib Azərbaycanın paytaxtında Azərbaycan futbolunun şərəfiylə oynayırlar. De Byazi belə gəldi, Mahir Emreli elə etdi…
Siz də qurtarın bu cür boş müzakirələri, hörmətli jurnalistlər. 20 ildir eyni şeyləri yazırsız – filan məşqçi gəlsə, filan futbolçu ehtiyatda qalmasa… Ələ salınmaq bu qədər xoşunuza gəlir? Gözünüzün önündə nələr baş verdiyini görmürsüz? Bu, komandadır? Bu, futboldur?
Futbolu oynaya bilmək üçün futbolçu lazımdır. O da yoxdur, yetişməyib. Yetişməsi üçün lazım olan pullar oğurlanıb, az qismi də düşük-düşük layihələrə, tədbirlərə xərclənib. Sanki ortada futbol varmış kimi müzakirə açmayın, yetər artıq!
Rəşad Ergün

