Əgər De Byaziyə "Millətlər Liqası sənə peşkəş, sonrasına hazırlaş" deyilməyibsə, ki heç şübhəm yoxdur, onda bu komandanın başını buraxın.
Qırmızıya qədər Lüksemburq iki dəfə fərqi göstərmişdi. Bunu elə Byazi də etiraf elədi. Ona görə bir təşəkkür.
Mahirin qırmızısına gəlincə klubunda biri ona qandırmalıdır ki, milli sənin üçün "Qarabağ" deyil ki, pul-parandan kəsələr, cəza üçün harasa göndərələr. Millidə sən camaatın canından kəsirsən.
Görünən odur ki, Prosineçkinin uzaqlaşdırdığı, Qurbanovun da bu yolu davam etdirməyə çalışdığı qorxaq futbola geri döndük. Foqtsdan bu yana rəqibin kimliyindən asılı olmayaraq bu qədər müdafiəyə meylli futbolçunun meydanda olduğunu, bu qədər aciz olduğumuzu xatırlamıram.
Sözün hər mənasında 2008-ə qayıtmışıq. Bəs bu 12 ildə xərclənənləri - ümidlərimizin, sevincimizin, gələcəyimizin, cəhənnəm ən sonda da pulumuzun hesabatını kim verəcək?
Sənan Abdullayev

