UEFA Millətlər Liqasının ilk turunda keçirilən Azərbaycan - Lüksemburq matçında yığmamızın hücumçusu Mahir Emreli qırmızı vərəqə alıb.
Sportinfo.az xəbər verir ki, o, matçın 26-cı dəqiqəsində özünə qarşı qaydanı pozan Kristofer Martinsi bilərəkdən vurub.
Qarşılaşmanın baş hakimi Kristofer Kavana Emreliyə güzəşt etməyib. O, Mahiri meydandan qovub.

