Millimizin rəqibində itki: Bu futbolçu heyətdən çıxarıldı

5 Sentyabr 2020 21:00 Milli komanda 1 282
Millimizin rəqibində itki: Bu futbolçu heyətdən çıxarıldı

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Kipr seçməsi Monteneqro ilə oyun öncəsi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Nikolas İoannu bugünkü qarşılaşmanı buraxacaq.

25 yaşlı futbolçu baş məşqçi Yohan Valemə şəxsi səbəblərdən özünü oynamağa hazır hiss etmədiyini söyləyib. Nəticədə oyunçunun adı heyətdən çıxarılıb.

Bu gün Monteneqro ilə üz-üzə gələcək Kipr seçməsi sentyabrın 8-də Azərbaycanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti