Azərbaycan yığmasının Millətlər Liqasının II turu çərçivəsində Kiprlə keçirəcəyi səfər görüşünün hakimləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, sentyabrın 8-də Nikosiyada baş tutacaq oyunu idarə etmək slovakiyalı ədalət təmsilçilərinə tapşırılıb.
Belə ki, Filip Glovanın idarə edəcəyi qarşılaşamanın laynsmanları Peter Bednar və Frantişek Ferens, dördüncü hakim isə Boris Marhefka olacaq.

