UEFA Millətlər Liqası çərçivəsində bu gün Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq millinin Bakı Olimpiya Stadionunda açıq məşqi olub.
Sportinfo.az xəbər verir ki, məşqdən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev komandanın heyəti ilə görüşüb.
O, milliyəə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Baş məşqçi Canni de Byazi çıxış edərək, AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.

