Azərbaycanla oyuna yetişəcək? – kiprli hücumçu

4 Sentyabr 2020 20:40 Milli komanda 1 265
Azərbaycanla oyuna yetişəcək? – kiprli hücumçu

UEFA Millətlər Liqasının ilk iki oyununda Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının hücumçusu Pieros Sotirounun durumu qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, “Astana”nın forvardı Monteneqro ilə sabahkı qarşılaşmanı buraxa bilər.

Hazırlığını bu gün başa vuracaq kiprlilər 27 yaşlı futbolçunu riskə atmaq istəmirlər. Sotirounun durumu baş məşqçi Yohan Valemi ümidləndirsə də, onun Monteneqro ilə qarşılaşmada kənarda qalması istisna edilmir.

Çalışdırıcı Sotirounun sentyabrın 8-də Azərbaycan millisi ilə Nikosiyada baş tutacaq oyuna hazır olmasını istəyir. Ancaq qərar həkimlərin son rəyinə əsasən veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti