UEFA uzağa getmədi, türkiyəliləri ölkəmizə göndərdi – Fransaya görə

4 Sentyabr 2020 14:50 Milli komanda 1 249
UEFA uzağa getmədi, türkiyəliləri ölkəmizə göndərdi – Fransaya görə

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Halis Özkahyaya Kerem Ersoy və Serkan Olguncan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Hakim inspektor isə rumıniyalı Augustus Konstantin olacaq.

Sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti