Rövnəq Abdullayev ÇOXLU PUL PAYLAYACAQ – İki oyuna görə

4 Sentyabr 2020 12:58 Milli komanda 4 185
Rövnəq Abdullayev ÇOXLU PUL PAYLAYACAQ – İki oyuna görə

AFFA prezidenti Rövnəq Abdullayev millinin üzvləri ilə görüşəcək.

Sportinfo.az-ın məlumatına görə, federasiyalan bununla bağlı məşqçi korpusuna və futbolçulara xəbərdarlıq olunub.

O, Millətlər Liqasına hazırlaşan komandanın hazırkı durumu ilə maraqlanacaq, hədəflər barədə danışacaq. Sentyabrın 5-də Luksemburqla Bakıda, ayın 8-də səfərdə Kiprlə qarşılaşacaq yığmamızı böyük mükafat gözləyir.

Oyunçular Abdullayevin gəlişini bu səbəbdən böyük səbirsizliklə gözləyir. Axı Canni De Byazi onlara ümid verib, bildirib ki, hər qələbənin maddi qarşılığı yüksək olacaq.

Liqanın ilk 2 oyunu millilərə 50 min manat qazanıdıra bilər. Lüksemburq üzərində zəfərə 20 min, Kipr qalibiyyətinə isə 30 min manat mükafat verilməsi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti