FIFA icazə verməyibsə, De Byazi niyə Əmir Ağayevi milliyə dəvət edib?

3 Sentyabr 2020 17:56 Milli komanda 1 077
FIFA icazə verməyibsə, De Byazi niyə Əmir Ağayevi milliyə dəvət edib?

Milli komandamız Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, 8-də isə rəqib meydanında Cənubi Kipr ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, yığma bu görüşlərə hazırlaşmaq üçün təlim-məşq toplanışı keçir.

Canni De Byazidən dəvət alan futbolçular qarşılaşmalara köklənirlər. Heyət açıqlananda italyan məşqçi idman mediasında və sosial şəbəkələrdə tənqid olundu.

Onun yığmaya çağırdığı 3 legioner də hazırda toplanışda iştirak etmir. Dmitri Nazarov və Eddi İsrafilov koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə ölkəmizə gəlməyibsə, Əmir Ağayevin problem başqadı.

Belə ki, FIFA hələ ki İsrail əsilli futbolçunun yığmamızda çıxış etməsinə icazə verməyib. Ali futbol qurumundan təsdiq cavabı alınmamışdısa, onun adı hansı səbəbdən siyahıya daxil edilmişdi?

Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə saxladıq. Qurum rəsmisi futbolçunun adının siyahıda olmasının səbəbini belə izah etdi (Futbol+):

“FIFA-dan ötən həftə yekun cavab gəlsəydi, yarımmüdafiəçini klubdan dəvət etmək üçün gecikəcəkdik. Çünki futbolçunu xarici klubdan dəvət etmək üçün toplanışdan ən azı 10 gün əvvəl müraciət olunmalıdı”.

Firuz bəydən Lüksemburq millisinin Bakıya gəlişinin detallarını da soruşduq: “Rəqibin ölkəmizə gəliş tarixi və məşqlərin keçirilmə vaxtları bəllidi. Amma bu barədə indi heç bir açıqlama verə bilmərik.

Lüksemburq millisinin ümumi heyətində ölkəmizə 50 nəfər gələcək. Onlardan 5-i jurnalist olacaq. Lüksemburqlu həmkarlarımız oyunda iştirak etmək üçün bizə müraciət ediblər”.

İki fubolçunun imtinası, digərinə FIFA-nın icazə verməməsi De Byazinin komandada dəyişiklik etməsinə səbəb olub. Belə ki, avqustun 27-də açıqlanan heyətdə adı ehtiyatda göstərilən “Neftçi”nin üzvü Namiq Ələsgərov toplanışa dəvət olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti