Daha bir problem yarandı: İndi də bu hücumçu…

2 Sentyabr 2020 19:02 Milli komanda 1 279
Daha bir problem yarandı: İndi də bu hücumçu…

UEFA Millətlər Liqasının ilk iki oyununda Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətlə bağlı problemləri davam edir.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçilər Giorqos Efrem və Aleks Qoqiçlə yanaşı, daha bir oyunçu növbəti matçları buraxa bilər.

Söhbət hücumçu Pieros Sotiroudan gedir. “Astana”nın forvardı zədədən əziyyət çəkir. Bu səbəbdən 27 yaşlı oyunçu millinin dünənki məşqinin bir hissəsində iştirak edə bilib.

Baş məşqçi Yohan Valem onun durumunu diqqətdə saxlayır. Çalışdırıcı Sotirounun Monteneqro ilə görüşə qədər tam sağalacağına ümid edir.

Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini Nikosiyada qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti