Millətlər Liqasının 2020/21 mövsümünün ilk turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun hakimləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, UEFA Bakıda baş tutacaq qarşılaşmaya İngiltərədən olan hakimlər briqadasın təyin edib.
Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona həmyerliləri Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.
Hakimlərin işinə San-Marinodan olan hakim-inspektor Stefano Podeski qiymət verəcək. UEFA nümayəndəsi isə türkiyəli Mətin Kazancıoğlu olacaq.
Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.

