Rövnəq Abdullayev De Byaziyə nə vəd verib, əvəzində nə tələb edib?

2 Sentyabr 2020 14:08 Milli komanda 2 996
Rövnəq Abdullayev De Byaziyə nə vəd verib, əvəzində nə tələb edib?

Millinin yeni baş məşqçisi Canni De Byazinin AFFA prezidenti Rövnəq Abdullayevlə son görüşünün bəzi təfərrüatları məlum olub.

Söhbət avqustun 19-da SOCAR-ın binasında təşkil olunan görüşdən gedir.

Rəsmi açıqlamaya görə, federasiya başçısı italyan mütəxəssisə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb. C.De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib.

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da iştirak edib.

Redaksiyamıza daxil olan məlumata görə, R.Abdullayev 65 yaşlı çalışdırıcıdan nəticə istəyib. O, Millətlər Liqasında qrup birinciliyi uğrunda mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.

AFFA-nın rəhbəri ən pis halda qrup ikincisi kimi yarışı başa vurmağı gözlədiyini bildirib. Abdullayev əsas hədəflərinin dünya çempionatınıın seçmə mərhələsiylə bağlı olmasını da qeyd eləyib. Başqa sözlə, Rövnəq bəy Qətər-2022-yə vəsiqəyə ümid bəslədiyini gizlətməyib.

De Byaziyə «mən sizin təcrübənizə arxalanıram» - deyə, xitab edən qurumun başçısı söz verib ki, gümanları doğrulsa, 1,5 illik müqavilənin müddəti vaxtıından əvvəl daha 2 il uzadılacaq.

Ondan əvvəlki əcnəbi baş məşqçilərə hər cür şərait yaratdıqlarını, bununla belə, nəticələrin gözləntilərin altıında qaldığınıı vurğulayan Abdullayev italyanın işinə daha istəklə və məsuliyyətlə yanaşacağına inandığını dilə gətirib.

AFFA prezidenti komandanı stimullaşdırmaq üçün hər oyuna yüksək məbləğdə mükafat təyin edəcəyini vəd verib: «Biz nəticələri yaxşılaşdırmaq üçün lazım olan hər şeyi edəcəyik. Bundan arxayın olun və işinizi rahat görün».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti