Biri xəstələndi, biri zədələndi - Baknın qapısından dönəcəklər?

2 Sentyabr 2020 10:24 Milli komanda 1 029
Biri xəstələndi, biri zədələndi - Baknın qapısından dönəcəklər?

Lüksemburq UEFA Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın III liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib.

20-ci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı oyunçu ilə yanaşı, portuqaliya əsilli Jerson Rodriqeş də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.

C Liqasının 1-ci qrupunun ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti