"Qol orucu" tutdular - FOTO

2 Sentyabr 2020 09:00 Milli komanda 789
"Qol orucu" tutdular - FOTO

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan futbol üzrə Lüksemburq yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşıb.

“Jozi Bartel" stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Komandalar meydanı qolsuz tərk ediblər - 0:0.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti