UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, APOEL-də çıxış edən Giorqos Efrem zədələnib.
Bu səbəbdən, 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə Limassol AEL-indən Andreas Avraam təlim-məşq toplanışına qatılıb.
Daha əvvəl Aleksander Qogiçin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Səbəb onun 10 günlük karantinə alınmasıdır.
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqro ilə qarşılaşacaq.

