Millətlər Liqasının qrup mərhələsində ilk iki oyununu Azərbaycan və Monteneqroya qarşı keçirəcək Lüksemburq yığması hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Lük Holts bu gün komandasını yoxlama görüşündə sınayacaq.
Almaniyanın Bundesliqa III təmsilçisi “Saarbrüken”lə “Jozi Bartel” stadionunda üz-üzə gələcək komandanın 24 futbolçusundan biri hazırda düşərgədə deyil.
Kristofer Martins İsveçrənin Lüksemburq üçün risk zonası sayılması səbəbindən komandadan ayrı qalıb. Onun Bakıya birbaşa Sürixdən yollanması variantı var.

