Yığmamızla oynatmaq üçün 24 futbolçunu test edəcəklər

31 Avqust 2020 17:48 Milli komanda 766
Yığmamızla oynatmaq üçün 24 futbolçunu test edəcəklər

Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyunlarını Monteneqro və Azərbaycana qarşı keçirəcək Kipr yığması koronavirus testindən keçəcək.

Sportinfo.az xəbər verir ki, komandanın məşqçi və futbolçu heyətindən bu gün test götürüləcək.

Baş məşqçi Yohan Valem isə ilk məşqi sabaha planlaşdırır. Çalışdırıcı qarşıdakı rəsmi matçlara ümumilikdə 24 futbolçu dəvət edib.

C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də isə Azərbaycanı Nikosiyada qəbul edəcək. Millimiz isə gələn ayın 5-də ilk görüşünü Bakıda Lüksemburqa qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti