Özünü millimizdən təcrid etdi – 10 gün evdə qalacaq

31 Avqust 2020 19:45 Milli komanda 1 501
Özünü millimizdən təcrid etdi – 10 gün evdə qalacaq

Kipr millisinin yarımmüdafiəçi Aleks Qoqiç özünü təcrid edib.

Sportinfo.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Şotlandiyada - “Hibernain”da çıxış edən yarımmüdafiəçi “Aberdin”lə görüşdə iştirak etməyib. O, 10 gün müddətində evdə qalacağını bildirib.

Qoqiçin UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan və Monteneqro komandalarına qarşı oyunlarda forma geyinə bilməyəcəyi gözlənilir.

C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də isə Azərbaycanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti