FİFA AFFA-nın bu futbolçunu milliləşdirməsinə 3 dəfə rədd cavabı verib!

31 Avqust 2020 10:52 Milli komanda 1 671
FİFA AFFA-nın bu futbolçunu milliləşdirməsinə 3 dəfə rədd cavabı verib!

Azərbaycan millisi avqustun 27-dən təlim-məşq toplanışıına başlayıb.

Komandamız Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq və 8-də Kiprlə qarşılaşacaq.

Müxtəlif səbəblərdən yığmadan kənarda qalan Dmitri Nazarov və Eddi İsrafilovun ardından Əmir Ağayev də toplanışa qatılmayıb. AFFA-nın rəsmi saytı açıqlayıb ki, buna səbəb israilli legionerin vətəndaşlığını dəyişməsi ilə bağlı yubanmadır.

Federasiya hazırda Yunanıstanda - "Atromitos"da çıxış edən yarımmüdafiəçinin Azərbaycan millisində forma geyinə bilməsi üçün müvafiq qaydada FİFA-ya müraciət ünvanlayıb.

Açıqlamada iddia olunur ki, beynəlxalq futbol qurumunun müvafiq komissiyasında hazırda məsələyə baxılır. Bu üzdən AFFA ilə FİFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir. Bildirilir ki, yekun qərarın verilməməsi üzündən Əmir yığmamızın düşərgəsinə gəlməyib.

Redaksiyamıza bununla bağlı bəzi məlumatlar daxil olub. Demə, AFFA israilli legioneri milliləşdirmək üçün hələ 1 il öncədən işə başlayıb. Onun «Sumqayıt»a gətirilməsi də federasiyanın dəstəyi sayəsində reallaşıb.

Belə ki, Ağayevin klubdan aldığı məvacibin yarıısını AFFA qarşılayıb. Burada hər ay 10000 dollar civarında pul qazanan Əmirə göstərilən məbləğin 5000-ə qədər olan hissəsini «Sumqayıt» ödəyibsə, qalanı federasiyanın payına düşüb.

Qurumun icraçı vitse-prezidenti və baş katibi ötən müddət ərzində 3 dəfə FİFA-ya analoji məktub yollayıb. Fəqət adıçəkilən təşkilat hər dəfə AFFA-dan gələn məktuba birmənalı yanaşmayıb, dolayısı ilə rədd cavabı verib.

Bu dəfə də tarix təkrarlanıb. E.Məmmədov israilli futbolçunu milliləşdirmək məqsədilə UEFA-dakı əlaqələrini işə salıb, eyni zamanda, FİFA-nın özündəki tanışlarınn köməyinə ümid bəsləyir. Yubanmanın gerçək səbəbi budur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti