Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks "Rayzinq"in heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu bu dəfə "Reno" ilə səfər matçında fərqlənib.
Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Görüş isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Məğlubiyyətə rəğmən, "Finiks Rayzinq" 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. "Reno" isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb.
Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.

