Millinin yeni baş məşqçisi Canni De Byazi futbolçulara maraqlı təklif edib.
Sportinfo.az-ın məlumatına görə, italyan mütəxəssis komanda üzvlərindən onunla dost olmalaarını istəyib.
Üç illik işsiz günlərinə Azərbaycanda son verən apeninli çalışdırıcı oyunçulara özü barədə məlumat verərək bildirib ki, o, açıq və səmimi münasibətə üstünlük verir, hər kəsin problemlərini dinləməyə, hətta şəxsi məsələlərdə məsləhət verməyə hazırdır.
65 yaşlı sükançı Albaniya yığmasında uğur qazanmasının səbəblərindən söz salaraq, oradakı futbolçularla bəzən ata-oğul, bəzən dost kimi davrandığını qeyd edib.

