Sentyabrın 5-də UEFA Millilər Liqasııında mübarizəyə başlayacaq yığmamız bugündən təlim-məşq toplanışına start verib.
Sportinfo.az-ın məlumatına görə, Canni De Byazi futbolçularla ilk söhbətində öz məşqçi fəlsəfəsi barədə danışıb.
İtalyan mütəxəssis hücum futbol anlayışının ona zidd olduğunu bildirib. 65 yaşlı çalışdırıcı nəticənin onun üçün böyük əhəmiyyət daşıdığını və bunu əldə etmək üçün bütün səyləri birləşdirməyin gərəkdiyini söyləyib.
O, qarşıdakı rəsmi matçlarda 5 müdafiəçi ilə meydana çıxacaqlarını sözlərinə əlavə edib.

