Millidə hamıı test verdi, Dadaşovun gəlişi…

28 Avqust 2020 18:34 Milli komanda 1 265
Millidə hamıı test verdi, Dadaşovun gəlişi…

Azərbaycan yığması Millətlər Liqasının hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, yeni baş məşqçi Canni De Byazinin dəvət göndərdiyi bütün futbolçular koronavirus testindən keçib və düşərgədədir.

Klublarının heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulub. İsveçrə "Qrashoper"inə transfer olunan Renat Dadaşovun sentyabrın 1-nə keçən gecə Bakıya gələcək.

Əmir Ağayev ("Atromitos", Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyib.

Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə Kiprin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”