"Komandanı inkişaf etdirmək istəyirəm, məsuliyyətimi və işimi bilirəm"

28 Avqust 2020 20:40 Milli komanda 1 137
"Komandanı inkişaf etdirmək istəyirəm, məsuliyyətimi və işimi bilirəm"

“İzlədiyim bəzi futbolçular var ki, növbəti toplanışlarda yığmaya çağırıla bilər.

Kim hazırdırsa, ona da dəvət göndərmişəm. Heç kimin yaşının azlığına və ya çoxluğuna önəm vermirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem bu gün təşkil edilən mətbuat konfransında deyib.

Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqro və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlara dəvət edilən futbolçuların adlarını açıqlayan 48 yaşlı mütəxəssis turnirə ciddi hazırlaşdıqlarını söyləyib:

“Bilirəm ki, nəticə ilk növbədədir. Ancaq komandanı inkişaf etdirmək istəyirəm, məsuliyyətimi və işimi bilirəm. Oyundan-oyuna yaxşı çıxış etməli, oyunumuzdan zövq almalıyıq. Bəli, Millətlər Liqasının və bu yarışdakı mübarizənin önəmini başa düşürəm".

Kipr sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan ilə Nikosiyada qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”