"Keşlə" komediyası - Yunis Hüseynovla çox uzağa gedə bilməzsən

28 Avqust 2020 18:20 Milli komanda 1 272
"Keşlə" komediyası - Yunis Hüseynovla çox uzağa gedə bilməzsən

Dünənə kimi istisnasız bütün klublarımız fiaskoluq oyun göstəriblər.

Açığı, "Neftçi"nin oyununa heç baxa bilməmişəm, çünki "Sumqayıt"ın matçını işləyirdim.

Amma "Keşlə"nin göstərdiyi "performans"ı ikinci hissədə gördüm - faciə. "Neftçi" haqqında isə heç kəs yaxşı söz demədi. Hətta fanklublar onları tənqid etdi.

"Qarabağ"ın hələ bəxti gətirir ki, nisbətən zəif rəqiblər düşür. Müdafiə xətti çox zəifdir. Komandaya təcili 2-3 güclü transfer lazımdı

"Sumqayıt" isə avrokuboklara heç hazır deyildi. Birinci hissənin 35-40-cı dəqiqəsindən sonra komandamızın nəfəsi kəsilirdi. O penaltilər də məhz buna görə oldu.

Çatdırmırdılar, məcburi yıxırdırdılar. "Sumqayıt"a tez qol vurmaq lazım idi. Amma bunun əvəzinə komanda oyunun ilk dəqiqələrindən müdafiədə oturmuşdu.

"Keşlə" lap komediyadır. 11 metrdən vura bilən oyunçu tapılmır. Bu, bilirsiz, nəyi deyir? Komanda konkret avrokuboklara hazır deyil. Gərək imkan verəydilər ki, Zaur İsmayılov işləsin.

Son dəfə avrokubok oyununda Zaur işini yaxşı görmüşdü, sadəcə, bəxti gətirmədi. Yunis Hüseynov ilə çox uzağa gedə bilməzsən.

Abbas Zahidi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti