Azərbaycanla oyun üçün 24 futbolçu lazım oldu - SİYAHI

28 Avqust 2020 16:28 Milli komanda 1 069
Azərbaycanla oyun üçün 24 futbolçu lazım oldu - SİYAHI

Kipr yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu daxil edilib.

Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Monteneqro ilə görüş isə sentyabrın 5-də eyni arenada olacaq.

Qapıçılar: Tasos Kissas, Neofitos Mixael, Xaralambos Kiriakides

Müdafiəçilər: Konstantinos Laifis, Nikolas Yannu, Valentinos Sielis, Xaris Kiriaku, Kipros Kristoforu, Minas Antoniu, Andreas Karo, Xristos Uiler

Yarımmüdafiəçilər: Giorqos Efrem, Xaralambos Kiriaku, Qriqoris Kastanos, Yannis Kusulos, Aleksander Qogiç, Matiya Spolyariç, Yanis Satsias

Hücumçular: Dimitris Xristofi, Pieros Sotiryu, Yannıs Pittas, Marios Elia, Marinos Tzionis, Loizos Loizu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti