"Onlar tam hazır olmadıqları üçün milliyə çağırılmadılar"

27 Avqust 2020 21:20 Milli komanda 1 392
"Onlar tam hazır olmadıqları üçün milliyə çağırılmadılar"

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Doğukan Öksüz və Hüseyn Seyliğliyə dəvət göndərməməsinin səbəbini açıqlayıb.

Serbiyalı mütəxəssis türkiyəli oyunçuların fiziki baxımdan tam hazır olmadıqları üçün Avropa çempionatının seçmə mərhələsinin Fransa ilə oyununa çağırılmadığını söyləyib.

43 yaşlı baş məşqçi bildirib ki, qarşıdakı matçlarda sözügedən futbolçuların xidmətindən yararlanacaq: "Fransa millisinin futbolçuları fiziki baxımdan çox hazırlıqlıdırlar.

Onlar pandemiya dövründə öz klublarının heyətində Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparıblar. Bu matça yaxşı hazırlaşıblar. Bu səbəbdən biz də ən yaşı formada olan oyunçularla başlamaq istədik.

Hüseyn və Doğukan öz komandalarında hazırlığa gec start veriblər. Düşündük ki, onlar Fransa ilə matça 100 faiz hazır ola bilməyəcəklər. Amma növbəti matçlarda həmin futbolçuları milliyə dəvət edəcəyik. Çünki bizim vacib oyunçulardır".

Sentyabrıb 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa oyunu saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti