AFFA-ya etiraz etdi: "Fransa ilə oyuna kimi çıxarım?"

26 Avqust 2020 20:20 Milli komanda 1 735
AFFA-ya etiraz etdi: "Fransa ilə oyuna kimi çıxarım?"

Sportinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç AFFA rəhbərliyinə etiraz edib.

Sportal.az-ın məlumatına görə, serbiyalı mütəxəssis U-21-dən bir neçə futbolçunun əsas yığmaya dəvət almağından narazı qalıb.

Obradoviç "Mən Fransa ilə oyuna kimi çıxaracağam?", - deyərək federasiya rəsmilərinə etraz edib.

O, Ömər Buludov, Amin Seydiyev, İsmayıl İbrahimli, Renat Dadaşov və Ozan Can Kökcünün U-21-ə lazım olduğunu bildirib.

Federasiyadan 42 yaşlı mütəxəssisə bildirilib ki, bu, komandanın baş məşqçisi Canni De Byazinin seçimidir. Fransa ilə oyun üçün Amin Seydiyev, İsmayıl İbrahimli və Ozan Can Kökcünün U-21-ə göndəriləcəyi ehtimalı var.

Renat Dadaşov U-21-in onun səvviyəsinə uyğun gəlmədiyini hələ ötən il AFFA rəhbərliyinə demişdi. O, Azərbaycana yalnız əsas milli üçün gələcəyini federasiyaya çatdırmışdı.

Azərbaycan - Fransa qarşılaşması sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”