Millimizin futbolçusu koronavirus səbəbindən Bakıya gəlməyəcək

26 Avqust 2020 17:10 Milli komanda 903
Millimizin futbolçusu koronavirus səbəbindən Bakıya gəlməyəcək

Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb “Bohum”un 6 üzvündə koronavirus (COVID-19) testinin pozitiv nəticələnməsi ilə əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunmasıdır.

Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”