Lüksemburqun millimizlə oyun üçün heyəti açıqlandı

26 Avqust 2020 16:56 Milli komanda 917
Lüksemburqun millimizlə oyun üçün heyəti açıqlandı

Lüksembur millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Azərbaycanla qarşılaşacağı oyun üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Lük Holts heyətə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi, 5 hücumçu daxil edib.

Qapıçılar: Tim Kips ("Düdelanj), Antoni Moris ("Yunion", Belçika), Ralf Şon ("Vilts")

Müdafiəçilər: Dirk Karlson ("Karlsrue", Almaniya), Lars Gerson ("Norrçöpinq", İsveç), Tim Hall ("Jil Visente", Portuqaliya), Loran Yans ("Metz", Fransa), Enes Mahmutoviç ("Lvov", Ukrayna), Kevin Malje ("Svit"), Vahid Selimoviç (OFİ, Yunanıstan)

Yarımmüdafiəçilər: Leandro Barreyro ("Maynts", Almaniya), Florian Bonert ("Maynts", Almaniya), Kristofer Martinş ("Bern", İsveçrə), Mathias Olesen ("Köln", Almaniya), Danel Sinani ("Norviç" İngiltərə), Aldin Skenderoviç ("Proqress"), Olivie Thill ("Ufa" Rusiya), Vensan Till ("Metz", Fransa)

Hücumçular: Stefano Bensi ("Fola"), Alessio Kurcı ("Maynts", Almaniya), Moris Devill ("Saarbrüken", Almaniya ), Edvin Muratoviç (Düdelanj), Jerson Rodrigeş ("Dinamo" Kiyev, Ukrayna)

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma komanda 3 gün sonra səfərdə Kiprlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”