AFFA-dan millidəki QALMAQALLI OLAYla bağlı AÇIQLAMA

26 Avqust 2020 16:28 Milli komanda 1 746
AFFA-dan millidəki QALMAQALLI OLAYla bağlı AÇIQLAMA

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, 8-də isə Kipr millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının təlim-məşq toplanışında Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

Bildirilib ki, UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq:

"UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, sentyabrın 8-də isə Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışında Almaniyanın “Erzgebirge Aue” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək.

Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında D.Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”