Azərbaycan yığmasından imtina etdi: "Danışdım, evdə qalmağa qərar verdim".

26 Avqust 2020 16:00 Milli komanda 1 116
Azərbaycan yığmasından imtina etdi: "Danışdım, evdə qalmağa qərar verdim".

Almaniyada - "Ertsgebirge"də çıxış edən Dmitri Nazarov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib.

O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib:

"Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".

Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”