Milliyə kimləri çağıracaq? - Jurnalistələrə hesabat verəcək

24 Avqust 2020 21:00 Milli komanda 1 573
Milliyə kimləri çağıracaq? - Jurnalistələrə hesabat verəcək

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Lüksemburqun avqustun 26-da mətbuat konfransı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, həmin gün jurnalistlər önünə çıxacaq baş məşqçi Luk Holts Azərbaycan, həmçinin Monteneqro ilə oyunun heyətini açıqlayacaq.

51 yaşlı mütəxəssis konfrans zamanı rəsmi matçlara hazırlıqdan və qarşıya qoyulan hədəflərdən bəhs edəcək.

C liqasının 1-ci qrupunda yer alan millimiz sentyabrın 5-də Bakı Olimpiya Stadionunda məhz Lüksemburqla üz-üzə gələcək. Canni De Byazinin yetirmələri 3 gün sonra Kiprin qonağı olacaqsa, lüksemburqlular Monteneqronu qəbul edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”